Xəzər Xəbər

Bil Qeyts İspaniyada aqrar sektora sərmayə qoydu

Dünya | 11:35 • 14 Noyabr 2018
Bil Qeyts İspaniyada aqrar sektora sərmayə qoydu

Dünyanın ən varlı adamı, "Forbes” jurnalının siyahısına görə, sərvəti 75 milyard dollar (67 milyard 600 milyon avro) olan Bill Qeyts İspaniyada tədqiqat layihəsinə 5 milyon avro sərmayə qoymaq qərarına gəlib.

Bu vəsait Madrid Politexnik Universitetinin kənd təsərrüfatı sahəsində tədqiqatına xərclənəcək.

Biotexnologiya və Genomika Mərkəzinin rəhbəri Luis Rubionun başçılıq etdiyi layihənin məqsədi tərkibində minimum zəruri miqdarda azot gübrəsi olan taxıl əldə etməkdir. İnkişaf etmiş ölkələrdə kommersiya xarakterli azot gübrələrindən geniş istifadə olunması ekoloji təhlükə yaradır. Tədqiqatlar və eksperimentlər nəticəsində əldə olunan taxıl daha yüksək və davamlı məhsul verir və ekologiyaya təhlükə yaratmır.

Teleqraf.com

Xəbər lenti