Xəzər Xəbər

Yaxın Şərqdə böyük müharibə başlaya bilər - Nazarbayev

Dünya | 09:49 • 14 Noyabr 2018
Yaxın Şərqdə böyük müharibə başlaya bilər - Nazarbayev

Nursultan Nazarbayev Astana klubunun 4-cü iclasında çıxış edib

Böyük Avrasiyanın bəzi bölgələrində geniş əhatəli müharibə olacağı ehtimalı çox böyükdür.

Orta Asiya Xəbər Xidməti xəbər verir ki, bu fikirləri Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astana klubunun 4-cü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə ən təhlükəli region Yaxın Şərq hesab edilir:

"Suriya böhranı stabilliyi pozub. İrakda siyasi gərginlik qalmaqdadır, Liviyada vətəndaş müharibəsi gedir. Bütün bunlar İranla nüvə anlaşmasını pozmağa gətirib çıxarır. Qazaxıstan bütün dünyaya sübut etdi ki, nüvə silahı təhlükəsizliyin qorunması üçün əsas vasitə deyil. Beynəlxalq terrorizm və ekstremizm də qlobal təhlükəsizliyə qarşı yönəlib".

Nazarbayev əlavə edib ki, ötən il dünyada 10 min terror aktı törədilib, nəticədə 26 min insan dünyasını dəyişib.

AzNews.az

Xəbər lenti