Xəzər Xəbər

Həmvətənimiz Rusiyada neft şirkətinin baş direktoru təyin edilib

Dünya | 16:08 • 13 Noyabr 2018
Həmvətənimiz Rusiyada neft şirkətinin baş direktoru təyin edilib

Həmvətənimiz, 38 yaşlı Fərid Verdiyev "Nen neft şirkəti” səhmdar cəmiyyətinin baş direktoru vəzifəsinə təyin edilib.


Fərid Verdiyev bu vəzifəyə təyin edilənə qədər Sankt-Peterburqda "Texniki-tətbiq tipli xüsusi iqtisadi zona” açıq səhmdar cəmiyyətinin filialına rəhbərlik edib.


AZƏRTAC xəbər verir ki, F.Verdiyev şirkətin yeni rəhbəri vəzifəsinə Direktorlar Şurasının iclasında təyin edilib.


Fərid İlham oğlu Verdiyev 1980-ci ildə Bakıda anadan olub. Şimal-Qərb Dövlət Xidməti Akademiyasının hüquq fakültəsini "yurisprudensiya” ixtisası üzrə bitirib.


2002-2006-cı illərdə Rusiya Federasiyası Ədliyyə Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb. 2006-2013-cü illərdə kommersiya qurumlarında bir sıra rəhbər vəzifələr tutub. Evlidir, bir oğlu var.


"Nen neft şirkəti” səhmdar cəmiyyəti 1998-ci il iyulun 1-də Nen Muxtar Mahalı Administrasiyasının qərarı ilə yaradılıb. "Nen neft şirkəti” səhmdar cəmiyyətinin yeganə təsisçisi Rusiya Federasiyasının subyekti olan Nen Muxtar Mahalıdır.

Xəbər lenti