Xəzər Xəbər

Levon Ter-Petrosyan və partiyası parlament seçkilərini boykot edib

Dünya | 16:01 • 13 Noyabr 2018
Levon Ter-Petrosyan və partiyası parlament seçkilərini boykot edib

Sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqres Partiyası parlament seçkilərini boykot edib. Ermənistan KİV-lərinin yazdığına görə, qərar təşkilatın iclasında qəbul olunub.


Milli Konqres Partiyasının rəhbərliyində əksəriyyət hesab edir ki, seçkiyə qatılacaqları halda məğlub olacaqlar. Ona görə də parlament seçkilərində iştirak etməməklə bağlı qərar qəbul olunub.


"Qərar çoxluğun iradəsi ilə qəbul edilib", partiyanın açıqlamasında bildirilib.


Qeyd edək ki, dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkilər keçiriləcək.


2008-ci ildə təsis edilən Ermənistan Milli Konqresinin qurucusu və sədri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyandır.

Xəbər lenti