Xəzər Xəbər

Məşhur şirkət yarım milyondan çox avtomobilini geri çağırır VİDEO

Dünya | 14:45 • 13 Noyabr 2018
Məşhur şirkət yarım milyondan çox avtomobilini geri çağırır

Bu avtomobillərin 230 mini Yaponiya bazarından, geri qalan 410 mini isə dünya bazarından geri çağırılacaq

"Mazda" 640 min avtomobilini geri çağıracaq.

Bu barədə şirkətin ofisindən yayılan məlumatda bildirilir. Bu proses əsasən şirkətin dizel mühərrikli avtomobillərinə aid ediləcək. Qeyd edilir ki, avtomobillərin mühərrikində qüsur aşkar edilib.

Açıqlamaya görə, bu avtomobillərin 230 mini Yaponiya bazarından, geri qalan 410 mini isə dünya bazarından geri çağırılacaq.

Xatırladaq ki, bu il digər bir Yaponiya avtomobil şirkəti olan "Subaru" da 400 min avtomobilini geri çağırmışdı./Sputnik Azərbaycan

Xəbər lenti