Xəzər Xəbər

Qəzza sektoruna hava hücumu: beş fələstinli həlak olub

Dünya | 13:47 • 13 Noyabr 2018
Qəzza sektoruna hava hücumu: beş fələstinli həlak olub

İsrail hərbi hava qüvvələrinin Qəzza sektoruna endirdiyi zərbələr nəticəsində həlak olan fələstinlilərin sayı 5 nəfərə çatıb.


Xezerxeber.az Anadolu informasiya agentliyinə istinadən xəbər verir ki, hava hücumu bütün gecə boyu davam edib.


İsrail ordusu dünən axşamdan bəri Qəzza sektorundan ölkə ərazisinə 300 raket atıldığını, onlardan 100-ə yaxınının hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirildiyini, qarşı tərəfdə isə 150 hədəfi vurduqlarını açıqlayıb. Yerli KİV-lər İsrailin cənubuna atılan raketlərin bir avtobusu hədəfə aldığı, 30 nəfərin yaralandığı barədə məlumat yayıb. Təcili tibb xidməti isə Aşkelonda binaya raket düşməsi nəticəsində bir israillinin öldüyünü, birinin də ağır yaralandığını açıqlayıb.


Yaranmış gərginliklə bağlı Fələstinin dövlət başçısı Mahmud Abbasın Küveytə səfərini yarımçıq dayandıraraq Ramallaha qayıdacağı bildirilir.

Xəbər lenti