Xəzər Xəbər

Ərdoğanın jurnalistlərlə təyyarə söhbəti: “Doğrudan da fəlakət idi!” - İlginc açıqlamalar

Dünya | 13:40 • 13 Noyabr 2018
Ərdoğanın jurnalistlərlə təyyarə söhbəti:

Prezident Ərdoğan Fransadan qayıdarkən təyyarədə jurnalistlərlə söhbət edib.

R.T.Ərdoğan, Fransadan qayıdarkən təyyarədə Qaşıqçı cinayəti, Tramp ilə görüşü, "Xalq” Bankı və Kipr ilə bağlı vacib açıqlamalar verib.

Qaşıqçı cinayəti ilə bağlı səs yazılarından danışarkən "Səs yazıları doğrudan da fəlakət idi. Səudiyyə kəşfiyyatçıları səs yazısını dinləyəndə "hər halda heroin istifadə ediblər; bunu ancaq heroin qəbul edən insan edə bilər” deyəcək qədər şok oldular. Ortalıqda belə bir reallıq var. Bununla belə hadisədən yayınmaq istəyənlər qalmaqdadır”, - deyə bildirib.

Ərdoğan, Trampla görüşündə Suriyadakı hadisələrdən danışdıqlarını deyib:

"O, İdlib mövzusuna çox önəm verir, oradakı uğurumuzu təqdir edir. Mənə elə gəlir ki, YPG mövzusunda da, bəzi mövzularda da öz aralarında əlaqə qura bilmirlər. Bu mövzuda birlikdə çox şey edə bilərik, dedim. Firatın şərqini görürsünüz, həll edə bilmirik və burda fərqli yeniliklər var. Bu mövzuda həm Mövlud bəyin, həm də müdafiə nazirimizin əlaqədar şəxslərlə görəcəyi işlər bizi daha da rahatlaşdıracaq”.

ABŞ prezidentinə Xalq bankı ilə əlaqəli yenilikləri təkrar xatırlatdığını deyən Ərdoğan, Trampın "Qayıdan kimi təlimat verəcəyəm. Mən bu işin bitdiyini düşünürəm. Niyə bu qədər uzandı?” – deyə cavabladığını deyib.

AzNews.az

Xəbər lenti