Xəzər Xəbər

Mişel Obama Trampı bağışlamayacağının səbəbini açıqladı - Yeni kitab yazıb

Dünya | 13:33 • 13 Noyabr 2018
Mişel Obama Trampı bağışlamayacağının səbəbini açıqladı - Yeni kitab yazıb

"Bu iftira bizim ailəni zərbə altına qoya bilərdi"

Xəbər verildiyi kimi noyabrın 13-də ABŞ-ın 44-cü prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamanın "Təşəkkül" kitabı satışa çıxarılacaq. 426 səhifədən ibarət olan kitab 24 dilə tərcümə edilib. Amazon-un satış bölümündə bu kitab artıq 1-ci yerə yüksəlib.

Mişel Obama kitabda Çikaqodakı uşaqlıq illərindən tutmuş Ağ Evədək və ondan sonrakı həyatını yazıb.

Kitabın bəzi hissələri artıq The New York Times, The Associated Press, The Washington Post və digər nəşrlərdə dərc edilib.

Mişel ABŞ-ın hazırkı prezidenti Donald Trampın onların ailəsinə atdığı iftiraya da toxunub:

"O, hər yerdə açıqlayırdı ki, Barak ABŞ-da deyil, Keniyada anadan olub. Bu iftira bizim ailəni zərbə altına qoya bilərdi. Trampı buna görə heç vaxt bağışlamayacağam".

AzNews.az

Xəbər lenti