Xəzər Xəbər

İsrail Qəzza sərhəddinə hərbi texnika yığır - 8 fələstinli ölüb

Dünya | 13:04 • 13 Noyabr 2018
İsrail Qəzza sərhəddinə hərbi texnika yığır - 8 fələstinli ölüb
Ötən gün Qəzza zonasında İsrail hərbçiləri ilə fələstinlilərin "Həmas” silahlı hərəkatı arasında qarşılıqlı raket hücumlarından sonra İsrail ordusu Qəzza ilə sərhəddə onlarla "Merkava” tankı yığır.


"Voennoe obozrenie” xəbər verir ki, İsrail Silahlı Qüvvələrinin hərbi komandanlığı Qəzza zonası ilə sərhəddə əlavə zirehli texnikaların cəmləşdirilməsi barədə əmr verib. Lakin tankların fələstinlilərə qarşı döyüşdə istifadə olunacağı barədə məlumat yoxdur. Bununla belə, Fələstin hökuməti İsrailin Qəzza zonasında fələstinlilələrə qarşı irimiqyaslı quru əməliyyatlarına başlaya biləcəyini istisna etməyib.

Qeyd edək ki, ötən gündən etibarən "Həmas” Qəzzadan İsrail mövqelərinə 370 raket buraxıb. İsrail ordusu raketlərdən 100-nü "Dəmir günbəz” hava hücumundan müdafiə sistemləri ilə zərərsizləşdirə bilib. Həmçinin, cavab hücumu ilə İsrail ordusu "Həmas”ın Qəzzadakı 150 obyektinə zərbələr endirib.

"Voennoe obozrenie” mənbələrə istinadən yazıb ki, hücumlar nəticəsində 8 fələstinli və İsrail tərəfdən bir nəfər ölüb, onlarla yaralı var. İsrail tərəfdən ölən şəxsin İsrail ordusunun polkovnik-leytenantı olduğu bildirilir.

Beynəlxalq birliyin, o cümlədən də, BMT, Misir və Fələstin milli hökumətinin çağırışlarına baxmayaraq, Qəzzada atışmalar hələ də davam edir./azvision.az

Xəbər lenti