Xəzər Xəbər

ABŞ Yaponiyaya 10 ədəd F-35 qırıcısı verir

Dünya | 12:38 • 13 Noyabr 2018
ABŞ Yaponiyaya 10 ədəd F-35 qırıcısı verir
ABŞ bu ilin sonunadək Yaponiyaya 10 ədəd F-35 qırıcı təyyarəsi verəcək. 2019-cu ildə isə Vaşinqton Tokionu daha 6 ədəd F-35 qırıcısı ilə təchiz edəcək.


Bu barədə ABŞ vitse-prezidenti Mayk Pens Tokioda Yaponiya baş naziri Şinzo Abe ilə görüşdən sonra keçirdiyi mətbuat-konfransında bəyan edib.

"Bu ilin sonunadək biz Yaponiyaya 10 ədəd F-35 qırıcıları, 2019-cu ildə isə daha 6-sını təhvil verəcəyik”, - Pens bildirib. Onun sözlərinə görə, bununla da Vaşinqton Yaponiyaya hərbi texnologiyaların satışının sürətləndirilməsi barədə ABŞ prezidenti Donald Trampın verdiyi vədi yerinə yetirmiş olacaq.

Qeyd edək ki, Tokio Çinin artan hərbi aktivliyi fonunda 2024-cü ilədək Yaponiyanın özünümüdafiə qüvələrini 42 qırıcı təyyarə ilə təchiz etmək niyyətindədir. Bu təyyarələr Miyadzaki, İbaraki və digər prefekturalardakı hərbi bazalarda yerləşdiriləcək. Bununla da, 2028-ci ildə Yaponiya 62 qırıcı təyyarəyə malik olacaq./azvision.az

Xəbər lenti