Xəzər Xəbər

Ərdoğan Trampla Paris görüşünün detallarını açıqladı: "Oranı kim dağıtmalıdır?"

Dünya | 11:23 • 13 Noyabr 2018
Ərdoğan Trampla Paris görüşünün detallarını açıqladı:

ABŞ prezidenti Donald Trampla Fransanın paytaxtı Parisdə bir araya gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüşün detallarını danışıb.

I Dünya Müharibəsinin başa çatmasının 100-cü ildönümü mərasimində görüşən liderlər rəsmi Vaşinqtonun 3 PKK terrorçusunun başına mükafat qoymasını müzakirə edib.

Ərdoğan bildirib ki, ABŞ-ın 3 PKK liderinin başına pul mükafatı qoyması gecikmiş addımdır:

"Biz bunu PKK ilə PYD-nin ayrı təşkilatlar olduğunu qanuniləşdirmək üçün ortaya atılmış bir oyun olduğunu zənn edirik. Təbii ki, bu oyuna aldanmarıq. Əslində, YPG-nin verdiyi açıqlama da ABŞ-ı yalanlayır. Açıqlamada PYD YPG kimi, əsasən, PKK-dan ayrı olmadığını bildirir. Bunu artıq ABŞ-da görməlidir...

Beynəlxalq cameənin PKK mövzusunda böyük günahları var. Sadəcə Qəndil deyil, bir də Mahmur düşərgəsi məsələsi var. Bilirsiniz ki, Mahmur düşərgəsi PKK-nın "inkubasiya” yuvasıdır. Hazırda orada 12-13 min nəfər var. Oranı kim dağıtmalıdır? BMT oraya xüsusi status qoymuşdu. Lakin onlar da bu məsələdən bezdilər. Oranı dağıtmaq havasındadırlar. İraqda da mərkəzi hökumət quruldu. Bu mövzuda həm ABŞ, həm koalisiya qüvvələri, həm də mərkəzi hökumətlə əlaqələri genişləndirərək, Şimali İraq Kürd Muxtariyyəti də daxil olmaqla, İraqdakı PKK mövcudiyyəti mövzusunda dərin çalışmaq lazımdır.

Cənab Tramp İdlib mövuzuna çox əhəmiyyət verir. Oradakı uğurlarımızı təqdir edir, tərifləyir. Bu mövzuda da birlikdə işləyə biləcəyimizi dedim. Fəratın şərqini görürsünüz, çözə bilmirik. Və burada fərqli hadisələr baş verir. Bu mövzuda dövlət rəsmilərimizin görəcəyi işlər bizi rahatladacaq, inşallah”./publika.az

Xəbər lenti