Xəzər Xəbər

Tramp Təhlükəsizlik nazirini istefaya göndərir

Dünya | 11:06 • 13 Noyabr 2018
Tramp Təhlükəsizlik nazirini istefaya göndərir

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Kirsten Nilseni istefaya göndərmək niyyətindədir.

Bu barədə "The Washington Post" Ağ Evin nümayəndələrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Nilsen yaxın həftələr ərzində administrasiyanı tərk edəcək.

Bildirilir ki, Tramp xüsusən miqrasiya sahəsində daxili təhlükəsizlik nazirinin işindən narazıdır. Qəzetin məlumatına görə, Amerika lideri bu sahədə onun ideyalarını həyata keçirməyə qadir olan namizədin axtarışına başlamaq niyyətindədir./publika.az

Xəbər lenti