Xəzər Xəbər

İspaniyada zavodda partlayış: ölənlər var

Dünya | 10:53 • 13 Noyabr 2018
İspaniyada zavodda partlayış: ölənlər var

İspaniyanın Quadiks bələdiyyəsində yerləşən "Maria Aqustias Pirotexnik” adlı fabrikdə baş verən partlayış nəticəsində ən azı 3 nəfər ölüb.

"RİA Novosti" xəbər verir ki, partlayışın təsiri bir neçə kilometr uzaqlıqda da hiss edilib.

Hazırda ərazidə Mülki Qvardiya, polis və tibb işçiləri çalışır.

Qeyd edək ki, 1889-cu ildə yaradılan fabrikdə bu artıq ikinci partlayışdır. İlk partlayış 2004-cü ildə baş vermişdi./publika.az

Xəbər lenti