Xəzər Xəbər

Kaliforniyada ölənlərin sayı 44 nəfərə çatıb

Dünya | 09:28 • 13 Noyabr 2018
Kaliforniyada ölənlərin sayı 44 nəfərə çatıb
ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.


Ölüm halları daha çox ştatın şimalındakı Bitt dairəsində qeydə alınıb. Kaliforniya ştatında fövqəladə vəziyyət elan edilib. Güclü meşə yanğınları 4 min hektardan çox ərazini və yüzlərlə evi məhv edib.

ABŞ Prezidenti Donald Tramp təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün federal büdcədən vəsait ayrılması barədə göstəriş verib.

Xəbər lenti