Xəzər Xəbər

İran Silahlı Qüvvələri neft tankerlərini bütün təhdidlərə qarşı müdafiə etməyə hazırdır

Dünya | 17:56 • 12 Noyabr 2018
İran Silahlı Qüvvələri neft tankerlərini bütün təhdidlərə qarşı müdafiə etməyə hazırdır

İran Silahlı Qüvvələri ölkənin neft tankerlərini bütün təhdidlərə qarşı müdafiə etməyə hazırdır.


Xezerxeber.az ISNA agentliyinə istinadən xəbər verir ki, bu sözləri İran ordusunun komandir müavini Mahmoud Mousavi deyib.


O bildirib: "İran Silahlı Qüvvələri keçmişdə olduğu kimi, bu gün də neft tankerlərimiz üçün hər hansı bir təhlükə olacağı təqdirdə hazırdır və dəniz yolundan da istifadə etməyə davam edə bilər”.


Xatırladaq ki, noyabrın 5-də qüvvəyə minən ABŞ-ın rəsmi Tehrana qarşı sanksiyalarının ikinci mərhələsi İranın liman operatorları, yük və gəmiqayırma sektorunu, İran İslam Respublikasının Gəmiçilik Xətləri (IRISL Group), Cənub Gəmiçilik Xətti şirkətləri və digər əlaqədar təşkilatları, İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) daxil olmaqla İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satışını, eləcə də maliyyə sektorunu hədəf alıb.

Xəbər lenti