Xəzər Xəbər

Konqresinə seçilən ofisiant qız: pulsuzluqdan...

Dünya | 15:03 • 12 Noyabr 2018
Konqresinə seçilən ofisiant qız:

ABŞ-ın aralıq seçkilərində Nyu-York ştatından Nümayəndələr Palatasına seçilərək diqqətləri üzərinə toplayan ofisiant Aleksandriya Okazio-Kortez bir daha gündəm olub.

Aleksandriya Konqres üzvü kimi ilk maaşını alana qədər Vaşinqtona köçməyəcək.

O, ofisiantlıq edərək bir qədər pul yığsa da, bu məbləğ onun köçməsi üçün kifayət etməyib. Buna görə də Aleksandriya ilk maaşını gözləməli olacaq.

"Vall Strit” jurnalının araşdırmasına görə, bir nəfərin Vaşinqtona köçməsi, ən yaxşı ehtimalla, 4600 dollara başa gəlir. İlkin kirayə haqqı ilə təhlükəsizlik təminatının dəyəri əlavə ediləndə 3300 dollar əlavə xərclər də çıxır.

Respublikaçı media qurumları isə Aleksandriyanı bir neçə həftə öncə dünyaca məşhur "Vogue” jurnalının fotosessiyasında geyindiyi bahalı paltarlara görə yalançı adlandırıb. O, geyimlərin fotosessiya üçün dərgi tərəfindən verildiyini açıqlayıb.

Qeyd edək ki, 29 yaşlı xanım 2 dekabrda deputat seçilən Nümayəndələr Palatasının ən gənc üzvü kimi işinə başlayacaq./publika.az

Xəbər lenti