Xəzər Xəbər

İran ABŞ-a müharibə ELAN ETDİ: ordumuz dənizdə…

Dünya | 14:40 • 12 Noyabr 2018
İran ABŞ-a müharibə ELAN ETDİ: ordumuz dənizdə…

İran ordusu mövcud təhlükələri nəzərə alaraq, ölkənin neft tankerlərinin təhlükəsizliyini təmin etməyə hazırdır.

İSNA agentliyi xəbər verir ki, bu haqda İran İslam Respublikası ordusunun Dəniz Qoşunları komandanının müavini, kontr-admiral Seyid Mahmud Musəvi deyib.

"İranın silahlı qüvvələri mövcud təhlükələri nəzərə alaraq, bizim ticarət donanmamız və neft tankerləri müdafiə etməyə hazırdır. Biz maraqlarımızın təminatı üçün dəniz qüvvələrimizdən istifadə edəcəyik”, - agentlik Musəvinin sözlərini sitat gətirib.

Qeyd edək ki, noyabrın əvvəlində ABŞ İranın nəqliyyat və neft sektorlarına qarşı tammiqyaslı sanksiyaları tətbiq edib. Sanksiyalara İran İslam Respublikası Gəmiçilik Şirkəti (IRISL), İran Milli Tanker Şirkəti (NITC) və onun nəzarətindəki 211 gəmi də məruz qalıb./publika.az

Xəbər lenti