Xəzər Xəbər

Qırıcı təyyarə Sakit okeana düşüb

Dünya | 13:52 • 12 Noyabr 2018
Qırıcı təyyarə Sakit okeana düşüb

ABŞ silahlı qüvvələrinə məxsus qırıcı təyyarə Okinavadan 290 kilometr məsafədə Sakit okeana düşüb.

Bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, təyyarənin hər iki pilotu xilas edilib və hazırda onlar özlərini yaxşı hiss edirlər.

ABŞ-ın 7-ci donanmasının komandanlığından isə bildiriblər ki, Filippin dənizində keçirilən təlimlər zamanı F/A-18 qırıcı təyyarəsinin qanadında mexaniki problem yaranıb.

Donanmanın məlumatında qeyd edilir ki, hazırda "US Ronald Ragan” aviadaşıyıcısında əməliyyatlar bərpa olunub.

Xəbər lenti