Xəzər Xəbər

Əfqan diplomat Almaniyadan sığınacaq istəyib

Dünya | 13:39 • 12 Noyabr 2018
Əfqan diplomat Almaniyadan sığınacaq istəyib

Almaniyada çıxan "Süddeutsche Zeitung” qəzetinin, həmçinin WDR və NDR telekanallarının verdiyi məlumata görə, Əfqanıstandan olan yüksəkvəzifəli diplomat Almaniyada sığınacaq istəyib.

AZƏRTAC Berlinin diplomatik dairələrindəki mənbələrə istinadla xəbər verir ki, oktyabr ayının sonuna qədər AFR-də bir diplomatik missiyada işləmiş əfqan məmur "təhlükəsizlik mülahizələrinə əsasən”, öz vətəninə qayıtmaq istəmir. Diplomat Kabilə qayıtmaq əvəzinə, Almaniya polisinə müraciətlə ona sığınacaq verilməsini xahiş edib. Miqrasiya və Qaçqınlar Məsələsinə dair Federal İdarə (BAMF) bu müraciəti qeydiyyata alıb. Müşahidəçilərin fikrincə, əfqan məmurun vətənində ona heç bir təhdid yoxdur. Görünür, sadəcə rahat şəraitdə yaşamaq xoşuna gəlib.

Xəbər lenti