Xəzər Xəbər

Yunanıstan türk adasında təlim keçirdi – Şok iddia

Dünya | 14:09 • 12 Noyabr 2018
Yunanıstan türk adasında təlim keçirdi – Şok iddia

Lozanna müqaviləsinə görə ağır silahlardan istifadə qadağan olunmuş qeyri-hərbi statusa sahib Saqqız adasında Yunanıstan tərəfi ağır silahlar vasitəsilə atış həyata keçirib.

Bu iddia ilə Türkiyə Müdafiə Nazirliyinin keçmiş baş katibi Ümid Yalım çıxış edib.

"Yunanıstan qeyri-hərbi statusdakı Saqqız adasında 30-31 oktyabr 2018-ci ildə top, ağır piyada silahları və zenit qurğularla atış icra edib. İzmirin Çeşmə bölgəsinin qarşısındakı Saqqız adasında icra edilən ağır silah atışları Egey dənizindəki təhlükəsizliyi və hava nəqliyyatını təhlükəyə atıb. Saqqız adası 13-14 fevral 1914-cü il tarixində 6 böyük dövlətin qərarı və 24 iyul 1923-cü ildə imzalanan Lozanna sazişinin 12-ci maddəsinə əsasən qeyri-hərbi statusdadır. Yunanıstan adaya hər hansı bir hərbi birləşmə yerləşdirə bilməz, hərbi təlim və ya ağır silah atışları icra edə bilməz”, - Yalım bildirib.

Qeyd edək ki, Türkiyə və Yunanıstan arasında 1995-ci ildə "12 mil böhranı” baş verib. O zaman Türkiyə Yunanıstanın Egey dənizindəki su sərhədini 12 milə qədər genişləndirməklə bağlı qərarının "müharibə səbəbi” ola biləcəyini açıqlamışdı./axar.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti