Xəzər Xəbər

Şok gəlişmə: Türkiyə İraqda 30 kilometr irəlilədi - 15 hərbi baza...

Dünya | 13:44 • 12 Noyabr 2018
Şok gəlişmə:

Türk Silahlı Qüvvələrinin (TSK) Şimali İraqda yaratdığı hərbi hissələrin sayı açıqlanıb.

"Terroru yerində zərərləşdirmək və təhlükəsizlik zolağı qurmaq” konsepsiyasına uyğun olaraq TSK ötən ilin mart ayından bu günə qədər Şimali İraqda qurduğu hərbi bazaların sayını 15-ə çatdırıb.

Son aylar TSK İraqda 3 hərbi hissəsi qurub.

Bununla da TSK Şimali İraqın daxilinə 30 kilometr qədər irəliləmiş olub.

TSK-nın Şimali İraqda qurduğu təhlükəsizlik zolağı PKK-nın həm Türkiyəyə sızması, həm də Qəndil dağlarında lojistik dəstək almasını önləyəcək.

Son xəbərlərə görə, TSK-nın bölgədə qurduğu bazalar səbəbindən yüzlərlə terrorçu Qəndil dağlarına qayıtmaq məcburiyyətində qalıb./Teleqraf.com

Xəbər lenti