Xəzər Xəbər

NASA ABŞ tarixinin ən faciəvi yanğınını kosmosdan GÖRÜNTÜLƏDİ: 31 ölü, 228 itkin...

Dünya | 12:24 • 12 Noyabr 2018
NASA ABŞ tarixinin ən faciəvi yanğınını kosmosdan GÖRÜNTÜLƏDİ:

ABŞ-ın Kaliforniya ştatında davam edən dəhşətli meşə yanğınları can almaqda davam edir.

XəzərXəbər xəbər verir ki, ştatı təsiri altına alan yanğın 31 nəfərin ölümünə səbəb olub.

Butte bölgəsinin qubernatoru Kori Honeyanın təşkil etdiyi mətbuat konfransında Kaliforniyanın şimalında yerləşən San-Fransiskonun Paradise qəsəbəsində daha 6 nəfərin cəsədinin tapıldığı bildirilib. Beləliklə, qəsəbədə ölü sayı 29-a çatıb. Daha 2 nəfər isə Los Ancelesin Malibu şəhərində həlak olub. 228 nəfər isə hələ də itkindir.

Küləyin təsiri ilə yayılmağa davam edən və təxminən 450 kilometrlik ərazini cənginə alan yanğın Kaliforniya tarixində ən çox ölümə yol açan yanğın olaraq tarixə keçib.

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Kaliforniyanın şimal və cənub hissələrindəki genişmiqyaslı yanğınları kosmosdan eyni çərçivədə göstərən bir foto yayımlayıb./publika.az

Xəbər lenti