Xəzər Xəbər

Böyük Britaniya Rusiya ilə barışmağa hazırdır

Dünya | 11:47 • 12 Noyabr 2018
Böyük Britaniya Rusiya ilə barışmağa hazırdır
Böyük Briyaniyanın baş naziri Tereza Mey bəyan edib ki, Rusiya ilə münasibətlərə açıqdır. Bu barədə "The Independent" qəzeti yazıb.

"Biz bu cür münasibətlərə açığıq - Rusiya beynəlxalq anlaşma və təhlükəsizliyə xələl gətirən hücumları dayandıracaq, BMT TŞ-nin üzvü kimi bizimlə birgə işləyəcək və eyni öhdəlikləri yerinə yetirəcək",-deyə Tereza Mey əlavə edib.

Qeyd edək ki, Böyük Britaniya və Rusiya arasında münasibətlər Sergey və Yuliya Skripalların Solsberi şəhərində zəhərlənməsindən sonra pozulmuşdu. London rusiyalı sabiq kəfyiiyatçının Moskva tərəfindən hücuma məruz qaldığı iddia edir./FaktXəbər

Xəbər lenti