Xəzər Xəbər

Baxçada 59 uşaq zəhərləndi Xəstəxanaya apardılar

Dünya | 09:58 • 12 Noyabr 2018
Baxçada 59 uşaq zəhərləndi

İnformasiyanı Özbəkistanın məktəbəqədər təhsil nazirliyinin mətbuat xidməti təsdiq edib

Özbəkistanda baxçada 59 uşaq zəhərlənib.

Orta Asiya Xəbər Xidməti xəbər verir ki, hadisə Daşkənd vilayətində baş verib.

Bu haqda informasiyanı Özbəkistanın məktəbəqədər təhsil nazirliyinin mətbuat xidməti təsdiq edib.

Mənbə bildirir ki, 59 uşaqla yanaşı, baxçanın 3 əməkdaşının da qidadan zəhərləndiyi deyilir.

Yerli xəstəxanadan xəstələrin həyatı üçün ciddi təhlükənin olmadığını bildiriblər. Artıq 20 nəfər evə buraxılıb.

İnsidentlə bağlı araşdırma başlayıb.

AzNews.az

Xəbər lenti