Xəzər Xəbər

Ərdoğanla Trampın Parisdəki gizli söhbətinin təfərrüatı məlum oldu

Dünya | 17:52 • 11 Noyabr 2018
Ərdoğanla Trampın Parisdəki gizli söhbətinin təfərrüatı məlum oldu

ABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüşün təfərrüatları məlum olub.

Fransanın paytaxtı Parisdə təşkil edilən anma mərasimində bir araya gələn liderlər arasında keçən söhbət ərəbistanlı jurnalist Camal Qaşıqçı cinayəti haqqında olub.

Bu barədə "Röyter” agentliyi məlumat yayıb. Ağ Evin Mətbuat Departamentinə istinadən verilən xəbərə görə, liderlər jurnalistin ölümü ilə bağlı Səudiyyə Ərəbistanından gələcək cavaba dair müzakirələr aparıb.

İki lider sonuncu dəfə Nyu-Yorkda təşkil edilən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında ayaqüstü görüş keçirmişdi./publika.az

Xəbər lenti