Xəzər Xəbər

Avstraliyada çiyələklərə iynə sancan qadın saxlanıldı

Dünya | 15:31 • 11 Noyabr 2018
Avstraliyada çiyələklərə iynə sancan qadın saxlanıldı

Avstraliya polisi ölkədə satışa çıxarılan çiyələklərə iynə sancmaqda şübhəli bilinən qadını saxlayıb.

Oxu.Az-ın verdiyi xəbərə görə, bazar ertəsi 50 yaşlı qadına qarşı ittiham irəli sürüləcək. Məhkəmə Brisbendə keçiriləcək.

İynə sancılan çiyələklər Avstraliyanın 6 ştatındakı dükanlarda aşkarlanıb. Bundan əlavə, iynələr həmçinin bananlarda da tapılıb.

Avstraliya qanunlarına əsasən, "ərzaq sabotajı”na görə müttəhimə 15 ilə qədər həbs cəzası verilə bilər.

Xəbər lenti