Xəzər Xəbər

Somalidə terror: ölənlərin sayı 50 nəfərə çatdı, 58 yaralı var

Dünya | 12:42 • 11 Noyabr 2018
Somalidə terror:

Somalinin paytaxtı Moqadişoda ötən cümə günü törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 50-yə çatıb, 58 nəfər yaralanıb.

Yerli polis orqanları dağıntılar altından yeni cəsədlərin çıxarıldığını bildiriblər. Orada insanların qalıb-qalmadığı məlum deyil. İtkin düşənlərin axtarışı davam etdirilir.

"Reuters” agentliyinin məlumatına görə, Moqadişonun mərkəzindəki mehmanxananın qarşısında, cinayət işlərinin təhqiqatı departamentinin yaxınlığında minalanmış avtomobillər partladılıb. Hücumun məsuliyyətini "Əş Şabab” terror qruplaşması üzərinə götürüb./publika.az

Xəbər lenti