Xəzər Xəbər

Türkiyə ordusu 15 terrorçunu məhv etdi

Dünya | 10:36 • 11 Noyabr 2018
Türkiyə ordusu 15 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri PKK terrorçularına qarşı növbəti əməliyyat keçirib.

Bu barədə "Anadolu" agentliyi xəbər verir.

Xəbərdə bildirilir ki, antiterror əməliyyatı İraqın şimalındakı Kara, Zap və Avaşin-Basyan bölgələrində təşkil olunub. Əməliyyat zamanı 15 silahlı terrorçu zərərsizləşdirilib. Onların Türkiyə ərazisində hücumlara hazırlaşdıqları bildirilir.

Əməliyyat zamanı həmçinin terrorçuların sığınacağı və döyüş sursatları məhv edilib.(report.az)

Xəbər lenti