Xəzər Xəbər

Makron və Merkeldən simvolik görüş

Dünya | 10:29 • 11 Noyabr 2018
Makron və Merkeldən simvolik görüş

İlk dəfə Fransa prezidenti Almaniyanın dövlət başçısı ilə atəşkəsin imzalandığı yerdə görüşüb

Fransa prezidenti Emmanuel Makron ilə Almaniya kansleri Angela Merkel Birinci Dünya Müharibəsinin atəşkəs müqaviləsinin imzalandığı Rethondesdə bir araya gəlib.

Tədbir Almaniya və Fransanın milli himnləri ilə başlayıb. Hər iki lider ölkələrinin razılaşmanın simvolu olan xatirə lövhəsini Rethondes mərkəzinə qoyub.

Daha sonra isə Merkel və Makron 11 noyabr 1918 və 22 İyun 1940 atəşkəslərinin imzalandığı vaqonu ziyarət edərək oradakı Qızıl Kitaba imza atıblar.

Fransanın Prezident Sarayından yayılan açıqlamada deyilir ki, 1945-ci ildən bu yana ilk dəfə Fransa prezidenti Almaniyanın dövlət başçısı ilə atəşkəsin imzalandığı yerdə görüşüb.

Makron bu görüşü "Son dərəcə simvolik bir səfər" adlandırıb.

AzNews.az

Xəbər lenti