Xəzər Xəbər

Təyyarə qəzasında 4 nəfər həlak olub

Dünya | 09:50 • 11 Noyabr 2018
Təyyarə qəzasında 4 nəfər həlak olub

ABŞ-ın Ayova ştatında yüngül motorlu təyyarə qəzaya uğrayıb.

Xezerxeber.az xəbər verir ki, ABC telekanalının yerli bölməsinin polis orqanlarına istinadla yaydığı məlumata görə, qəza nəticəsində 4 nəfər həlak olub. Bildirilir ki, aviasiya qəzası cümə günü axşam saatlarında baş versə də, təyyarənin qalıqları şənbə günü səhər Hatri dairəsində tapılıb. Dairə polisi 4 nəfərin öldüyünü təsdiqləyib.

Təyyarənin hara uçduğu və göyərtəsində neçə nəfərin olduğu barədə məlumat verilmir. Hakimiyyət orqanları qəzanın təhqiqinə başlayıblar.

Xəbər lenti