Xəzər Xəbər

Əfqanıstanda partlayış - qubernator həlak oldu

Dünya | 20:30 • 10 Noyabr 2018
Əfqanıstanda partlayış -

Əfqanıstanın Herat əyalətinin Kohsan dairəsinin qubernatoru partlayış nəticəsində həlak olub.


Bu barədə " RİA "Novosti" xəbər yayıb.


Yerli Tolo News telekanalının məlumatına görə, qubernator Hacı Əmir Hafbala şənbə günü həlak olub. Partlayış onun ofisində baş verib.


Hadisənin digər təfərrüatları hələlik məlum deyil. Regionda fəaliyyət göstərən heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Xəbər lenti