Xəzər Xəbər

Çexlərin çoxu qaçqınları qəbul etməyin əleyhinədir

Dünya | 19:00 • 10 Noyabr 2018
Çexlərin çoxu qaçqınları qəbul etməyin əleyhinədir

Çexiya İctimai Rəy Araşdırmaları Mərkəzinin oktyabr ayında apardığı sorğunun nəticələrinə görə, Çex Respublikasının hərbi münaqişələrə cəlb olunmuş ölkələrdən qaçqın qəbul etməsini istəməyən ölkə vətəndaşlarının sayı son vaxtlar artaraq 68 faizə çatıb. Amma illər arasında müqayisədə bu göstərici demək olar dəyişməyib. Məsələn, 2017-ci ilin oktyabrında 69 faiz təşkil edib.


Respondentlərin 24 faizi qaçqınların vətənə dönməsi mümkün olana qədər onları müvəqqəti qəbul etməyə razıdır. Miqrantların həmişəlik Çexiyada qalmasına vətəndaşların yalnız 2 faizi icazə verməyə hazırdır. Sorğuya görə, ölkə əhalisinin çoxu qaçqınları Çexiya, Avropa və bütün dünyanın təhlükəsizliyi üçün böyük təhdid hesab edir.


Çexlərin çoxu qətiyyətlə Yaxın Şərq və Şimali Afrika ölkələrindən qaçqınların qəbul edilməsi əleyhinədir. Hətta Avropa İttifaqının subsidiyalarının itirilməsi də onları qorxutmur. Çexlər Ukraynadan qaçqınların qəbul edilməsinə daha müsbət yanaşırlar, lakin bu məsələdə də mənfi münasibət üstünlük təşkil edir, çünki respondentlərin yalnız 35 faizi bunun lehinədir. (AZƏRTAC)

Xəbər lenti