Xəzər Xəbər

Tramp Makronla görüşmək üçün Yelisey sarayına gəlib

Dünya | 16:23 • 10 Noyabr 2018
Tramp Makronla görüşmək üçün Yelisey sarayına gəlib

ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da səhər saatlarında Fransa lideri Emmanuel Makronun iqamətgahı olan Yelisey sarayına gəlib.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, burada hər iki prezidentin təkbətək görüşü keçirilir, daha sonra onlara dövlət başçılarının müşavirləri də qoşulacaq. Bundan bir saat sonra isə hər iki ölkənin birinci xanımları – Bricit Makron və Melaniya Tramp da Yelisey sarayına gələcək.


Noyabrın 11-də Fransada Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi geniş qeyd olunacaq. Əlamətdar tarixə həsr olunan Sülh forumunda 60-dan çox dövlətin liderləri və hökumət başçıları iştirak edəcəklər.

Xəbər lenti