Xəzər Xəbər

Türkiyədə hərbi sursat anbarında baş vermiş partlayışda 4 hərbçi həlak olub

Dünya | 14:59 • 10 Noyabr 2018
Türkiyədə hərbi sursat anbarında baş vermiş partlayışda 4 hərbçi həlak olub

Noyabrın 9-da Türkiyənin Hakkari bölgəsinin İraqla sərhədində yerləşən Şemdinli rayonuna bağlı Derecik Ortaklar kəndində hərbi sursat anbarında baş verən partlayışda dörd hərbçi həyatını itirib.


Xezerxeber.az xəbər verir ki, hadisənin təfərrüatı barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. Partlayış nəticəsində, həmçinin 20-dək hərbçinin yaralandığı bildirilir. Yaralılar helikopterlərlə Yüksekova və Hakkari xəstəxanalarına çatdırılıb.


Hələlik partlayışın səbəbi açıqlanmır. Hadisənin baş verdiyi yerdən videomaterial yaymaq rəsmən qadağan olunub.

Xəbər lenti