Xəzər Xəbər

Tonqa krallığı sahillərində 6,2 bal gücündə zəlzələ olub

Dünya | 14:48 • 10 Noyabr 2018
Tonqa krallığı sahillərində 6,2 bal gücündə zəlzələ olub

ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, Tonqa krallığı sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, yeraltı təkanlar bu gün səhər saatlarında qeydə alınıb. Zəlzələnin episentri Haapay adasının mərkəzi - Panqai şəhərindən 98 kilometr cənub-şərqdə, ocağı isə yer səthindən 10 kilometr dərinlikdə yerləşib.

Təbii fəlakət nəticəsində xəsarət alanlar, dağıntılar və sunami təhlükəsi barədə məlumat verilmir.

Xəbər lenti