Xəzər Xəbər

Yaponiya, ABŞ və Aİ Dünya Ticarət Təşkilatında islahatların aparılmasını təklif edəcəklər

Dünya | 13:47 • 10 Noyabr 2018
Yaponiya, ABŞ və Aİ Dünya Ticarət Təşkilatında islahatların aparılmasını təklif edəcəklər

Yaponiya ABŞ və Avropa İttifaqı (Aİ) ilə birlikdə Dünya Ticarət Təşkilatında (DTT) islahatların aparılmasını təklif edəcək.


AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko DTT-nin baş direktoru Roberto Azevedo ilə Tokioda keçirilən görüşündə bildirib.


Həmin təklif DTT-nin üzvü olan ölkələr tərəfindən qurumun xəbəri olmadan yerli sənayeyə subsidiyaların ayrılması və ya artırılması zamanı bu təşkilata əlavə maliyyə vəsaiti ödənilməsini nəzərdə tutur.


Güman edilir ki, bu təklif sürətlə inkişaf edən ölkələrin gördükləri tədbirlərin qarşısını almaq üçün irəli sürülür.


Yaponiya DTT-nin gələn həftə İsveçrədə keçiriləcək toplantısı zamanı bu məsələdə üzv ölkələrin dəstəyini qazanacağına ümid edir.

Xəbər lenti