Xəzər Xəbər

Tramp Paris Sülh Forumunda iştirak üçün Fransaya gəlib

Dünya | 09:14 • 10 Noyabr 2018
Tramp Paris Sülh Forumunda iştirak üçün Fransaya gəlib

Birinci Dünya müharibəsi qələbəsinin 100 illiyi çərçivəsində 11-13 noyabr tarixlərində 1-ci Paris Sülh Forumu keçiriləcək. ABŞ Prezidenti Forumda iştirak etmək üçün Parisə gəlib.

98 xarici nümayəndə heyəti və 72 dövlət və hökumət rəhbəri Birinci Dünya müharibəsi qələbəsinin 100 illiyi münasibəti ilə təşkil olunan anım tədbirinə və Sülh Forumuna qatılacaq.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Paris Sülh Forumu təşəbbüsünü irəli sürüb.

Xəbər lenti