Xəzər Xəbər

Britaniyanın nəqliyyat nazirinin müavini istefa verib

Dünya | 08:54 • 10 Noyabr 2018
Britaniyanın nəqliyyat nazirinin müavini istefa verib

Böyük Britaniyanın nəqliyyat nazirinin müavini Co Conson ikinci referendumun keçirilməsini tələb edərək istefa verib.

O, açıqlamasında bildirib ki, İngiltərədə yenidən referendum keçirilməsə, ölkə İkinci Dünya müharibəsindən sonra ən dərin böhranın kandarında olacaq. Conson, həmçinin baş nazir Tereza Meyi tənqid edib, "Brexit” müzakirələri zamanı onun xülyada olduğunu söyləyib.

Qeyd edək ki, Co Conson sabiq xarici işlər naziri Boris Consonun qardaşıdır.

Xəbər lenti