Xəzər Xəbər

Kaliforniyada meşə yanğınları: yüzlərlə ev kül olub - FOTO

Dünya | 09:20 • 9 Noyabr 2018
Kaliforniyada meşə yanğınları: yüzlərlə ev kül olub -

ABŞ-ın Kaliforniya ştatının şimalında meşə yanğınları nəticəsində yüzlərlə ev kül olub, bir neçə nəfər ölüb.

Xezerxeber.az "RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, ştatın yanğınsöndürmə xidmətinin nümayəndəsinin sözlərinə görə, xəsarət alanlar arasında yanğınsöndürənlər də var.

Ötən gün axşam saatlarından başlayan yanğın 7 min hektardan çox ərazidə yayılıb. Regionda təxminən 50 min insan evakuasiya edilib.

Xəbər lenti