Xəzər Xəbər

Erməni generala BÖYÜK ŞOK

Dünya | 15:10 • 8 Noyabr 2018
Erməni generala
Noyabrın 2-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsindən vaxtından əvvəl azad edilən erməni general Yuri Xaçaturov dünən gecə Ermənistana qayıdıb.

Bu barədə "Joxovurd” qəzeti yazıb.

Ermənistanda Nikol Paşinyan hakimiyyətə gələndən sonra "1 mart” işi üzrə açılan cinayət işinə Y. Xaçaturov da cəlb edilib. Xaçaturov 5 milyon dram girov qarşılığında azad ediləndən sonra vəzifəsini davam etdirmək üçün Moskvaya qayıdıb. Lakin İrəvan onun dəyişdirilməsini istəyib. Bundan sonra Xaçaturov vəzifəsindən azad edilib. Bu gün Astanada keçirilən KTMT Şura iclasında yeni baş katibin seçiləcəyi gözlənilir. Ermənistana qayıdan Xaçaturovun həbs ediləcəyi ehtimalı böyükdür./publika.az

Xəbər lenti