Xəzər Xəbər

Mahaçqalanın mer əvəzi də tutuldu

Dünya | 15:58 • 7 Noyabr 2018
Mahaçqalanın mer əvəzi də tutuldu

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Dağıstanın paytaxtı Mahaçqala şəhəri merinin vəzifələrini icra edən Abusupyan Həsənovu həbs edib.


Virtualaz.org "360” telekanalına istinadən xəbər verir ki, Həsənova qarşı "vəzifə səlahiyyətlərini aşma” maddəsi üzrə cinayət işi başlanıb.


Bildirildiyinə görə, onun qanunsuz hərəkətləri nəticəsində dövlətə 40 milyon rubl ziyan dəyib.

Xəbər lenti