Xəzər Xəbər

Misir Prezidenti qeyri-kommersiya təşkilatları haqqında qanuna yenidən baxılması barədə sərəncam verib

Dünya | 14:02 • 7 Noyabr 2018
Misir Prezidenti qeyri-kommersiya təşkilatları haqqında qanuna yenidən baxılması barədə sərəncam verib

Misir Prezidenti Əbdülfəttah əs-Sisi qeyri-kommersiya təşkilatları (QKT) haqqında 2017-ci il mayın 29-da qəbul edilmiş qanuna yenidən baxılması barədə sərəncam verib və həmin qanuna düzəlişlər hazırlanması üçün xüsusi komissiya yaradılmasını tapşırıb.

AZƏRTAC xəbər verir ki, xüsusi komissiyaya Misirin Sosial Həmrəylik Nazirliyinin, Xarici İşlər Nazirliyinin və digər müvafiq dövlət orqanlarının nümayəndələri daxil olacaq.

Qeyri-kommersiya təşkilatları haqqında keçən il may ayında qəbul edilmiş qanun həm Misirdə, həm də xarici ölkələrdə tənqidlə qarşılanıb. Yeni qanunun müddəalarına görə qeyri-hökumət təşkilatları xaricdən maliyyələşdirilmək üçün, habelə 10 min Misir funtundan (560 dollar) artıq məbləğdə yerli ianələr üçün dövlət orqanlarından icazə almalıdır. Bu qanunun pozulmasına görə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası və 1 milyon Misir funtuna (56 min dollara) qədər cərimə nəzərdə tutulub.

Xəbər lenti

Çox oxunanlar