Xəzər Xəbər

Donald Tramp aralıq seçkiləri uğurlu adlandırıb

Dünya | 12:59 • 7 Noyabr 2018
Donald Tramp aralıq seçkiləri uğurlu adlandırıb

ABŞ Prezidenti Donald Tramp aralıq seçkiləri Respublika partiyası üçün uğurlu adlandırıb.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Donald Tramp bu barədə özünün "Twitter” səhifəsində yazıb.


Bir qədər əvvəl ABŞ-ın mərkəzi telekanalları Demokratik partiyanın Nümayəndələr Palatasında nəzarəti ələ aldığını, respublikaçıların isə Senatda çoxluğu əldən vermədiyini bildirib.


CNN telekanalının məlumatına görə, Prezident Donald Tramp və müşavirləri aralıq seçkilərin nəticələrinin proqnozunu ruh yüksəkliyi ilə izləyir. Lakin 2016-cı ildəki seçkilərdə respublikaçı rəqibinin buraxdığı səhvi təkrarlamamaq üçün dövlət başçısına sorğunun göstəricilərinə bel bağlamaq tövsiyə edilmir. Prezidentin köməkçiləri və müşavirləri səsverməni izləyir, nəticələrin doğruluğunu yoxlayır və mütəmadi olaraq Donald Trampa məruzə edirlər.


Bütün informasiya prezident üçün Ağ evin qərb cinahında təşkil olunmuş "operativ qərargaha” gəlir. Artıq Donald Tramp Konqresin aşağı palatasında respublikaçıların üstünlüyü itirməsi ilə barışıb və uğursuzluğun məsuliyyətini kimin üzərinə atacağını düşünür.


Qeyd edək ki, noyabrın 6-da ABŞ-da aralıq seçkilər keçirilib. 100 senatordan 35-i, Konqresin Nümayəndələr Palatasının bütün 435 üzvü, 39 ştat və ərazi qubernatoru, həmçinin ştatların qanunverici yığıncaqlarının 6073 üzvü, hakimlər və məktəb dairələri şuralarının üzvləri səsvermənin nəticələrinə əsasən müəyyən olunub.


Bu seçki kompaniyası Amerika tarixinə ən çirkli və ən bahalı səsvermə kimi düşüb. "Center for Responsive Politics” qeyri-kommersiya təşkilatının məlumatına əsasən, seçkilərin büdcəsi 5 milyard dolları ötüb və onların böyük hissəsi demokratların yığdığı ianələr hesabına formalaşıb. Təkcə milyarder Maykl Blumberq Demokratik partiyaya dəstək məqsədilə 100 milyondan çox pul xərcləyib. Nümayəndələr Palatasına seçkilər üçün respublikaçılar 637 milyon dollar, demokratlar 951 milyon dollar, Senata seçkilərə isə müvafiq olaraq 361 milyon dollar və 513 milyon dollar vəsait toplayıb.

Xəbər lenti