Xəzər Xəbər

Rusiya ilk üzən nüvə stansiyasını istifadəyə verib

Dünya | 13:13 • 7 Noyabr 2018
Rusiya ilk üzən nüvə stansiyasını istifadəyə verib

Rusiya özünün ilk üzən nüvə stansiyasını istifadəyə verib.


Xezerxeber.az-a "Sputnik”ə istinadla xəbər verir ki, Rusiyanın "Rosatom” Dövlət Korporasiyası ilk üzən nüvə stansiyasını istifadəyə verib. "Akademik Lomonosov” adlı nüvə stansiyasının sağ reaktoru tam gücünə çatıb.


Sankt-Peterburqdakı Baltik zavodunda istehsal olunan nüvə stansiyası liman şəhərləri, böyük sənaye müəssisələri, dənizdəki neft və qaz hasil edən obyektlərin elektrik enerjinə olan tələbatını təmin etmək üçün nəzərdə tutulub. İki reaktordan ibarət stansiya 70 meqavat elektrik enerjisi istehsal edə bilir.

Xəbər lenti