Xəzər Xəbər

Tbilisinin mərkəzində güclü yanğın baş verib

Dünya | 12:15 • 7 Noyabr 2018
Tbilisinin mərkəzində güclü yanğın baş verib

Noyabrın 7-də səhər erkən saatlarında Tbilisinin mərkəzi hissəsində Navtluq küçəsindəki üçmərtəbəli yaşayış binasında yanğın baş verib.


AZƏRTAC Gürcüstan daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinə istinadla xəbər verir ki, hadisə nəticəsində 66 yaşlı qadın dünyasını dəyişib.


Yanğın binanın birinci mərtəbəsində baş verib. Qalın tüstü binanı tam əhatəyə alıb. Yanğınsöndürənlər 3-ü körpə uşaq olmaqla 5 nəfəri xilas ediblər. Tüstüdən zəhərlənən sakinlərə təcili tibbi yardım göstərilib.


Hadisə yerinə 7 yanğınsöndürmə və xilasedicilər qrupu cəlb olunub.


Alov söndürülüb, hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbər lenti