Xəzər Xəbər

Ukrayna Türkiyədən aviasiya bombasını daşıyan pilotsuz uçuş aparatı alır

Dünya | 12:09 • 7 Noyabr 2018
Ukrayna Türkiyədən aviasiya bombasını daşıyan pilotsuz uçuş aparatı alır

Ukrayna Türkiyədən özündə tank əleyhinə raket və aviasiya bombasını daşıya biləcək pilotsuz uçuş aparatı alır. Artıq bununla bağlı iki ölkə arasında rəsmi sənəd imzalanıb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


"Bayraktar TB2” adlanan uçuş aparatının alınması üçün Ukrayna və Türkiyə arasında iki ildir danışıqlar aparılıb. Bu müddət ərzində Ukrayna Müdafiə Nazirliyinin mütəxəssisləri Türkiyədə olaraq pilotsuz uçuş aparatını sınaqdan keçiriblər.


Bu dronun uçuş vaxtı uzun müddətlidir.

Xəbər lenti