Xəzər Xəbər

Tarixdə ilk dəfə iki müsəlman qadın ABŞ Konqresinə seçilib

Dünya | 11:46 • 7 Noyabr 2018
Tarixdə ilk dəfə iki müsəlman qadın ABŞ Konqresinə seçilib

ABŞ Konqresinə ilk dəfə müsəlman qadınlar seçiliblər.

CNN xəbər verir ki, seçki dairələrində praymerizi qazanmış Demokratlar Partiyanın nümayəndələri Rəşidə Tlaib (Miçiqan) və İlhan Omar (Minnesota) ABŞ Konqresinə seçilən ilk müsəlman qadınlar olublar.

Rəşidə Tlaib Fələstin əsilli amerikalı siyasətçi və vəkildir.

İlhan Omar isə Minnesotadan olan Somali əsilli siyasətçidir.

Qeyd olunur ki, ABŞ Konqresində aralıq seçkilərdə qadın siyasətçilər, ümumiyyətlə, rekord müəyyən ediblər. Belə ki, Konqresə 107 qadın seçilib.


Xəbər lenti