Xəzər Xəbər

ABŞ Konqresində demokratların, Senatda isə respublikaçıların üstünlüyü var

Dünya | 11:14 • 7 Noyabr 2018
ABŞ Konqresində demokratların, Senatda isə respublikaçıların üstünlüyü var

Birləşmiş Ştatların CNN, ABC, "FoxNews” kimi aparıcı telekanallarının proqnozlarına görə, noyabrın 6-da keçirilən aralıq seçkilərdə demokratlar respublikaçılar üzərində qələbə qazanaraq Nümayəndələr Palatasında lazımi miqdarda yer əldə ediblər. Bu üstünlük onlara Prezident Trampın təqdim etdiyi qanun layihələrini və təklifləri blok etmək imkanı verəcək.


Xezerxeber.az xəbər verir ki, səsvermənin yerli vaxtla saat 23:30-a olan ilkin nəticələrinə görə, demokratlar Nümayəndələr Palatasında respublikaçılara məxsus olan 23 yerdən 19-nu qazana biliblər. Onlar Trampın vergi Bəyannaməsini və tərəflərin marağında olan digər məsələləri, həmçinin onun Səudiyyə Ərəbistanı, Rusiya və Şimali Koreya ilə bağlı xarici siyasətini təhqiq etmək hüququna malik olacaqlar.


Demokratlar, həmçinin ABŞ Prezidentini öz qanunvericilik iddialarından imtina etməyə, Meksika ilə sərhəd divarı çəkilməsinin maliyyələşdirilməsi vədindən, vergilərin azaldılması barədə ikinci böyük paketin qəbul edilməsindən və sərt ticarət siyasətindən vaz keçməyə məcbur edə biləcəklər.



Xəbər lenti