Xəzər Xəbər

Gürcüstanda kəskin qrip epidemiyasının yayılma təhlükəsi var

Dünya | 09:12 • 7 Noyabr 2018
Gürcüstanda kəskin qrip epidemiyasının yayılma təhlükəsi var

Gürcüstanın Yoluxucu Xəstəliklərə Nəzarət Departamenti ölkə ərazisində kəskin qrip epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.


Xezerxeber.az xəbər verir ki, xəbərdarlıqda dekabrın sonlarında ölkədə qrip virusunun güclü yayılma tendensiyasının olacağı bildirilir.


Departamentin rəhbəri Xatuna Zaxaşvili deyib ki, hazırda Gürcüstanda zökəm törədən rinovirus yayılıb. İlin sonunda isə qrip virusunun yayılma təhlükəsi çox böyükdür.


Əhalini qrip əleyhinə peyvənd olunmağa çağıran X.Zaxaşvili deyib ki, ölkə ərazisində yayılan infeksiyalardan qorunmayacaqları təqdirdə insanlar daha kəskin xəstəliklərə düçar ola bilərlər.

Xəbər lenti