Xəzər Xəbər

Yaponiyada İmperator Akihitonun şərəfinə xatirə sikkələri buraxılır

Dünya | 09:12 • 7 Noyabr 2018
Yaponiyada İmperator Akihitonun şərəfinə xatirə sikkələri buraxılır

Noyabrın 5-dən başlayaraq Yaponiya sikkəxanası İmperator Akihitonun hakimiyyətdə olmasının 30-cu ildönümü münasibətilə iki növ sikkənin buraxılışına başlayıb.


Xezerxeber.az xəbər verir ki, sikkələrdən biri təmiz qızıldandır. Onun dəyəri 10 min yen (təqribən 88 dollar) qiymətləndirilir. Bu sikkənin bir tərəfində qanadlarını açmış Simurq quşu təsvir olunub. Onun satış qiymətinin 1200 dollar olacağı bildirilir.


İkinci sikkə isə misdən töküləcək və 500 yen formasında olacaq. Həmin sikkənin bir üzündə İmperator Akihitonun və İmperatriçə Miçikonun 1959-cu ildə toyları zamanı istifadə etdikləri karetanın təsviri yerləşdirilib. Bu sikkənin satış qiymətinin isə 5 dollar olacağı qeyd edilir.

Xəbər lenti